Saxlanılan vəzifəli şəxslərlə bağlı qərar verildi 

saytların hazırlanması

Evə çatdırılma

Saxlanılan vəzifəli şəxslərlə bağlı qərar verildi 

Kriminal

27 İyun 2024 12:23 867


Daşkəsən Rayon İcra Hakimiyyətinin korrupsiyaya görə saxlanılan vəzifəli şəxsi məhkəməyə çıxarılıb. 

Yenisabah.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Daşkəsən Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov barəsində qətimkan tədbiri seçilməsini tələb edib. 

Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatını əsaslı hesab edib.  Sezar pizza

Qərara əsasən, E.Məmmədov haqda vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib. 

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla İcra Hakimiyyətinin ümumi şöbəsinin işçisi Yaqub Bayramov da saxlanılmışdı. Y.Bayramovdan izahat alındıqdan sonra sərbəst buraxılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!