Müğənni Şəbnəm Tovuzlu “YouTube” platformasında mühüm uğura imza atıb.
“Yeni Sabah” xəbər verir ki, ifaçının platformadakı videolarının ümumi izlənmə sayı 1 milyardı ötüb. Bununla da Şəbnəm Tovuzlu “YouTube”da bu göstəriciyə çatan ilk azərbaycanlı qadın müğənni olub.
Müğənninin əldə etdiyi nəticə sosial şəbəkələrdə də geniş müzakirə olunub. Pepperoni pizza
Qeyd edək ki, ifaçı daha əvvəl “YouTube” gəlirlərinə görə azərbaycanlı ifaçılar arasında ön sıralarda olduğunu açıqlamışdı.
Aydan Hacı
Telegram kanalımız