7 Oktyabr - 00:51
Səfər Mehdiyevin “Kurtlar Vadisi”...

Səfər Mehdiyevin “Kurtlar Vadisi”...

Kriminal

08 Avqust 2022 15:27 30104


“Polis 90-AA-978 dövlət qeydiyyat nişanlı avtomobili saxlayır. İçindən düşən sürücü YPX əməkdaşına "Sən nə həyasız adamsan, ə? Görmürsən general-polkovnik Mehdiyevdir?" sözlərini deyib”.

“Yeni Sabah” xəbər verir ki, bunu sosial şəbəkədə blogger Həbib Müentəzir yazıb. O, bildirib ki, S. Mehdiyevin idarə etdiyi maşındakı nömrə "Vadi-4" MMC adlı şirkətin üzərinə qeydiyyatdadır:

“MMC-nin qanuni təmsilçisi Nəsir Məhərrəm oğlu Cəfərovdur. Bəs bu şəxs kimdir, özünə "Kurtlar Vadisi" qurub? 

Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin həmkəndlisi, Naxçıvanın Babək rayonu Nehrəm kəndindən olan qohumudur.

Videodakı polisi təhqir edən isə Səfər Mehdiyevdir və görüntü o sədr olduğu vaxtda çəkilib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!