Şəhid ailələrinə bayram sovqatı paylanıldı - Foto
20 May 2020 14:16
240

Şəhid ailələrinə bayram sovqatı paylanıldı - Foto

Mənəvi Dəyərlərin Təbliği Fondu qarşıdan gələn Ramazan bayramı münasibətilə müxtəlif bölgələrdən olan şəhid ailələrinə bayram sovqatı paylayıb.

Yenisabah.az xəbər verir ki, bu məqsədlə keçirilmiş görüşlərdə həmin kateqoriyadan olan insanların dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğu vurğulanıb. 

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həll edilməsi və onlara hər cür qayğının göstərilməsidir.

 

Oxşar xəbərlər