Şəhid Elşən Yunisli ilə vida mərasimi keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Şəhid Elşən Yunisli ilə vida mərasimi keçirilir

Sosial

27 İyun 2021 10:48 947


Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu ilə Şəmkirdə vida mərasimi keçirilir.

Yenisabah.az xəbər verir ki, mərasimdə şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edir.

Vida mərasimindən sonra Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq. Sezar pizza

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Elşən Fazil oğlu Yunisli Şəmkir rayon Təzəkənd kəndində anadan olub. O, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olub.

Ötən ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Döyüşlərin ilk günlərində ailəsi ilə əlaqə saxlayıb. Sonrakı müddətdə onunla əlaqə saxlamaq mümkün olmayıb.

O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş hərbçilərdən idi, subay olub.

Allah rəhmət etsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!