Şəhid zabit Məhəmməd Şəbiyevin anım mərasimi keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Şəhid zabit Məhəmməd Şəbiyevin anım mərasimi keçirildi

Sosial

07 Avqust 2022 20:24 944


Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan leytenant Məhəmməd Vaqif oğlu Şəbiyevin doğum gününə həsr olunmuş anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, nazirliyin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak etdiyi tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şəhidin həyat yoluna dair videoçarx nümayiş olunub. pizza mizza

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərin tarixi əhəmiyyətindən, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə igid oğullarımızın göstərdiyi şücaət nümunələrindən danışıblar. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olanların şərəfli ömür və döyüş yolundan söz açanlar bildiriblər ki, onların vətənpərvərlik və mübarizliyi daim gənclərə örnək olacaq.

Vurğulanıb ki, Vətən uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım mərasimində şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!