Şeir müsabiqənin II mərhələsi başa çatıb

saytların hazırlanması

Evə çatdırılma

Şeir müsabiqənin II mərhələsi başa çatıb

Sosial

05 Mart 2019 15:35 786


Paytaxt üzrə məktəblilər arasında keçirilən “Azərbaycan dili-milli varlığımızdır” adlı şeir müsabiqəsinin II mərhələsi başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, müsabiqənin paytaxt üzrə rayon mərhələsində 300-ə yaxın VI-XI sinif şagirdi iştirak edib. Onlardan 36 nəfəri müsabiqənin III–şəhər mərhələsində iştirak etmək hüququ qazanıb.Müsabiqədə seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun  jest və  mimikalardan,  səs tonundan, intonasiyadan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi, ifadəliliyi, düzgünlüyü və ifa üçün  ayrılmış vaxta riayət edilməsi meyarları əsas götürülüb. 

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən müsabiqənin III mərhələsi 11-30 mart tarixlərində baş tutacaq.  Marqarita pizza

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!