“Şeirlərimi Bəxtiyar Vahabzadəyə oxuyurdum”   – Aybəniz Haşımova

saytların hazırlanması

Evə çatdırılma

“Şeirlərimi Bəxtiyar Vahabzadəyə oxuyurdum” – Aybəniz Haşımova

Şou

05 İyul 2019 08:28 1476


Azərbaycan Respublikasının əməkdar artisti Aybəniz Haşımova öz şeirlərini səsləndirərək “Instagram” səhifəsində paylaşıb.

“Yeni Sabah” xəbər verir ki, sənətçi şeirlərini Bəxtiyar Vahabzadə və Cabir Novruza oxuduğunu, ancaq həmin sətirlərin müəllifi olduğunu gizlətdiyini yazıb:

 “Rəhmətlik Bəxtiyar Vahabzadə, Cabir Novruzla arasıra telefonda danışırdıq və hərdən yazdığım bəzi sətirləri Bəxtiyar müəllimə onun icazəsi ilə söyləyib, fikrini bilmək istəyərdim. Amma heç vaxt deməzdim ki, müəllifi özüməm... Sual edəndə ki, “kimdir müəllifi?” utandığımdan heç vaxt deməzdim. Deyirdim ki, təsadüfən rastıma çıxıb, amma müəllifini qeyd etməyiblər. Axırda birdəfə “a bala, deyəsən axı, bunların müəllifi özünsən”, -dedi. Hiss edirdim ki, hörməti vardı rəhmətliyin mənə.  Allah o dünyasını versin. Yaxşı ki, Bəxtiyar Vahabzadə kimi yazarların dövründə yaşamışıq.  Nə gözəldi ki, ölkəmizin Bəxtiyarları, Cabirləri, Müşfiqləri var”.

Müğənninin şeirləri izləyiciləri tərəfindən maraqla qarşılanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!