“Sən məni izləmirsənsə, mən niyə səni izləyim?” - “İnstagram” qalmaqalı

saytların hazırlanması

Evə çatdırılma

“Sən məni izləmirsənsə, mən niyə səni izləyim?” - “İnstagram” qalmaqalı

Şou

02 Fevral 2020 14:37 1883


ATV-də yayımlanan "7 canlı" verilişində maraqlı anlar yaşanıb.

"Yeni Sabah" xəbər verir ki, verilişin qonağı müğənni Bahar Lətifqızı ilə aparıcı Vüsalə Əlizadə arasında anlaşılmazlıq olub.

Belə ki, müğənninin ""İnstagram" dostları bizdən uzaqlaşdırıb" fikrinə aparıcı Vüsalə Əlizadə də dəstək verib: "Düzdür, bir söz də deyən kimi, deyirlər ki, görürəm də səni". pizza hut

Bura qədər hər şey normal getsə də, aparıcı bu məqamda dediyi sözlərlə müğənnini pərt edib: "Amma sən məni görmürsən, çıxartmısan məni dostluqdan. Mən də o gün səni çıxartdım. Dedim, xeyir ola, sən məni izləmirsənsə, mən səni niyə izləyim?!" 

Lətifqızı isə vəziyyətdən çıxmağı bacarıb. O, məsələdən xəbərdar olmadığını və İnstaqram səhifəsini çox vaxt bibisi oğlunun idarə etdiyi bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!