Şənbə günü hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Şənbə günü hava necə olacaq?

Sosial

02 Fevral 2024 12:30 514


Fevralın 3-nə gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 1-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. 

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!