Sevgilisindən ayrılan Pərvinə Brilliant Dadaşovadan dəstək - Foto

saytların hazırlanması

Evə çatdırılma

Sevgilisindən ayrılan Pərvinə Brilliant Dadaşovadan dəstək - Foto

Şou

20 Fevral 2020 10:29 2330


"Mən artıq qəddar olmuşam. Kiminsə həyatımdan getməsi kefimi pozmur". Yenisabah.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkədə yazıb. 29 yaşlı aktrisa artıq vecsizləşdiyini, insanları itirməyə öyrəşdiyini bildirib: "Mən itkinin fərqinə varmıram. Elə bil ki, siqaret çəkib bitirmişəm. Telefonun susmağı, güclü dayağımın və kömək əlinin uzadılmaması mənə təsir etmir. Başqasının seçimi mənə əziyyət vermir. Mən o qədər insanlar itirmişəm ki, artıq vecsizləmişəm. Bəlkə də, mən buna alışmışam..." Aktrisanın sevgilisindən ayrıldığına işarə edən bu paylaşıma Xalq artisti Brilliant Dadaşova da biganə qalmayıb. Pərvinə dəstək olan sənətçi bunları yazıb: "Bu qız bilməlidir ki, gözəllik hər zaman paxıl insanlar tərəfindən cəzalandırılır". Xatırladaq ki, Pərvin Abıyevanın sevgilisi keçmiş polis leytinantı 27 yaşlı Murad Abdullayev idi. O, aktrisa ilə olan görüntülərinə görə işdən çıxarılmışdı. https://cdn.yenisabah.az/files/ldf1.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!