Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Şeyx özü istefa verməsə, hansı addım atıla bilər?
26 İyl 2021 11:57
15970

Şeyx özü istefa verməsə, hansı addım atıla bilər?

Şeyxülislam Allahşükür Paşazadənin məlum açıqlamasından sonra ictimaiyyət onun öz vəzifəsindən istefa verməsi ilə bağlı tələblər səsləndirməyə başlayıb.

Bildirilir ki, şeyx öz vəzifəsinin tələbi olan birləşdiricilik deyil, daha çox parçalanmaya səbəb olan açıqlamalar verir və bu da narazılığı artırır. Amma şeyx QMİ-nin qurultayının qərarı ilə ömürlük olaraq bu posta seçilib. O özü istefa verməsə, hansı addım atıla bilər? Bunun hüquqi proseduru varmı?  

Milli Məclis deputatı Fazil Mustafa Yenisabah.az-a açıqlamasında bunun üçün hüquqi mexanizm mövcud olmadığını bildirib:

“Bizim qanunvericilikdə tamamilə fərqli bir yol izlənilib. Qafqaz Müsəlmanları Ruhani İdarəsinə fövqəladə səlahiyyətlərə malik qeyri-hökumət təşkilatı statusu verilib. Hüquqi qaydalara uyğun olmasa da, Azərbaycan reallığına uyğun belə bir addım atılıb.

Bir sıra QHT-lərin, dini icmaların bu QHT-dən asılı vəziyyətdə, onun rəyi ilə fəaliyyət göstərməli olduğu qanunvericilikdə qeyd olunub. Ona görə həmən quruma daxil olan şəxslərin qərarı ilə hansısa bir şəkildə  məsələyə baxıla bilər. Amma konkret olaraq vəzifədən uzaqlaşdırma mexanizmi düşünülməyib”.

Millət vəkili hesab edir ki, indiki vəziyyətdə şeyxin vəzifədən uzaqlaşdırılması çox da doğru addım olmaz:

“Azərbaycanın faciəsi  ondadır ki, heç bir qurumda rəhbər şəxsdən sonra vəzifəyə kimin gəlməsi-varislik məsələsi normal şəkildə həll olunmur. Bu barədə mexanizm düşünülməyib. 

Biz bir az gec yuxudan ayılan cəmiyyətik, çox yatırıq, sonradan ayılıq. Ona görə də hər yerə əbədiymiş kimi baxırıq, halbuki bunlar strateji postlardır və burada da müəyyən dərəcədə daha sağlam əvəzedici qüvvələrin olması olduqca vacibdir. Bunlar olmadığına görə indiki vəziyyətdə şeyxin uzaqlaşdırılması heç məqsədəuyğun da deyil. 

Bütün hallarda şeyxin müəyyən balans yaratması, dini radikalizmin tüğyan etməməsi üçün apardığı çalışmalar müsbət istiqamətdə olub. Doğrudur, indiki açıqlamalar uğursuz açıqlamalardır və onlar Azərbaycan cəmiyyətinin ciddi narazılığına səbəb olub. Amma yenə də düşünürəm ki, bu tənqidlər kifayət edər, daha son həddə qədər şeyxin üzərinə gedilməsi indiki vəziyyətdə düzgün deyil. Dediyim kimi, elə bir fiqur görmürəm ki, bu gün onu əvəzləməklə yaxşıya doğru hansısa dəyişiklik yarada bilsin”.

Fazil Mustafa bir şəxsin ömürlük vəzifə tutmasından da söz açaraq buna müsbət yanaşmadığını diqqətə çatdırıb:

“Fikrimcə, vəzifə ömürlük olmamalıdır. Hər bir sistemdə mütləq qan dəyişiminə ehtiyac var. Qan dəyişimi olmayan yerdə köhnə qan xəstəliklərin yaranmasının əsas səbəbinə çervrilir”.

Sayad HƏSƏNLİ

 

Şeyx özü istefa verməsə, hansı addım atıla bilər?
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər