ABŞ-ın Nyu-York ştatında xüsusi proqram çərçivəsində tüfənglər və əldəqayırma silahlar da daxil olmaqla, 3000-dən çox odlu silah təhvil verilib.
Yenisabah.az "ABC News"a istinadla xəbər verir ki, bu barədə ştatın baş prokuroru Letitia Ceymsin bəyanat verib.
Təşəbbüsün məqsədi əhalinin əlində olan silahların sayını və bununla da odlu silahdan istifadə ilə törədilən zorakı cinayətlərin sayını azaltmaqdır. Proqram hədiyyə kartları müqabilində əhalidən silahların qəbulunu nəzərdə tutur. pizza mizza
Tədbir çərçivəsində hüquq-mühafizə orqanları odlu silahı təhvil vermək istəyən şəxslərdən heç bir izahat tələb etmir. Birinci vahid üçün bir şəxs 500 dollarlıq hədiyyə kartı alır. Hər növbəti vahid üçün - 150 dollar. Tüfənglər və evdə hazırlanmış silahlara görə də 500 dollarlıq hədiyyə kartı nəzərdə tutulur.
Bundan əlavə, 3D çap edilmiş silahlar və ya antik əşyalar üçün mükafat var.
Telegram kanalımız