Prodüser Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişinin bağlanması ilə açıqlama verib.
“Yeni Sabah” xəbər verir ki, müsahibə verən Tolik verilişin bağlanma səbəbini qısa şərh edib:
"Elza xanım Mətanət xanımın oxuduğu mahnıdan stat gətirdi. Dedi ki, Mətanət at ola-ola özünü ulaqların yerinə qoyur. Bu da Mətanət xanımın xoşuna gəlmədi və qeyri-etik söz istifadə etdi. Veriliş bitən kimi iclas oldu. Murad müəllim gəldi və qərar verildi". pizza sifarişi
Prodüser proqramının bağlanmasında birbaşa müğənnilərin günahkar olduğunu bildirib:
"Sizin hər birinizi yaxşı tanıyıram. Bu dəfə sizin tərbiyəszliyinizin qurbanı oldum".
Tarix eyni zamanda işdən çıxarılmadığını və yeni verilişlə tamaşaçı qarşısına çıxacağını da qeyd edib. /Axşam.az
Telegram kanalımız