SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi - Fotolar

İqtisadiyyat

29 İyul 2023 18:12 3860


28 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) təyin olunan vitse-prezidentlərlə görüş keçirilib.

Yenisabah.az xəbər verir ki, göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf yeni təyinatları münasibətilə vitse-prezidentləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər. Mikayıl Cabbarov ölkə başçısı tərəfindən qarşıya qoyulan tapşırıq və göstərişləri rəhbər tutaraq, bundan sonra da əzmlə çalışmağın vacibliyini vurğulayıb.

Mikayıl Cabbarov SOCAR-ın Müşahidə Şurasının son iclasında şirkətin idarəetmə strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üzrə yeni əməliyyat modelinin təsdiqləndiyini, şirkətin təşkilati strukturunun və daxili proseslərinin inkişaf etdiriləcəyini diqqətə çatdırıb. 

M.Cabbarov, eyni zamanda, yeni əməliyyat modelinin SOCAR-da korporativ idarəetmə proseslərinin təkmilləşdirilməsinə, biznesin dayanıqlılığına və korporativ mədəniyyətin növbəti inkişaf mərhələsinə çatdırılmasına xidmət edəcəyini qeyd edib.

SOCAR-ın yeni təyin olunan vitse-prezidentləri çıxışlarında onlara göstərilən yüksək etimada görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!