Sosial şəbəkədə özünü hərbi polis kimi tanıdan qadın saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Sosial şəbəkədə özünü hərbi polis kimi tanıdan qadın saxlanıldı

Sosial

09 Avqust 2022 12:28 965


Sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşımlar edən Salyan rayon sakini polis əməkdaşları tərəfindən müəyyən edilib.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir  ki, özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən 1992-ci il təvəllüdlü R.B barəsində protokol tərtib olunub.

Həmin şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımanın tərkib əlamətləri olduğuna görə toplanmış materiallar məhkəməyə göndərilib. Pepperoni pizza

R.B-nın evində olan hərbi təyinatlı geyim dəstləri aşkar olunaraq götürülüb.

Onunla polis əməkdaşları tərəfindən fərdi-profilaktik söhbətlər aparılmaqla, əməlin hüquqazidd olması onun və ailə üzvlərinin diqqətinə çatdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!