“Sosial şəbəkələrdə diskussiyaların səviyyəsi aşağı olur”  – Natiq Cəfərli
01 İyn 2020 15:38
178

“Sosial şəbəkələrdə diskussiyaların səviyyəsi aşağı olur” – Natiq Cəfərli

YAP-çılar (Siyavuş Novruzov, Əli Əhmədov) yenə sosial şəbəkələri hədəf alıblar, hansısa tənzimləmədən danışırlar, hələ də anlamadılar ki, TV-lərdə monoloq rejimi yaratdılar, alternativ fikir və mövqelərin yayılmasının qarşısını aldılar deyə özləri böyük ekranı balaca ekranlara (telefon, planşet, kompüter) uduzdular”.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. “İndi də ayıblarını görüb nəticə çıxartmaqdansa, öz əkslərini balaca ekranlarda görüb qəzəblənirlər. “Facebook” ona görə populyardır ki, alternativ fikir var, dialoq var, debat var. Əgər bundan narahatsınızsa, TV-ləri alternativ və müxalif fikirlərə açın, debatın və diskussiyanın keyfiyətini yüksəldək. Razıyam ki, bəzən sosial şəbəkələrdə diskussiyaların səviyyəsi aşağı olur, amma bunun qarşısını ancaq TV-lərdə, radiolarda daha açıq və keyfiyyətli debatlarla, diskussiyalarla almaq olar. Nə isə, multfilmdilər...”

Oxşar xəbərlər