Müdafiə naziri Sergey Şoyqu Rusiya qoşunlarının “Vostok” ("Şərq") qrupunda “xüsusi hərbi əməliyyat”ın keçirildiyi ərazidə təftiş keçirib.
Yeniisabah.az “Sputnik”ə istinadla xəbər verir ki, nazir birliklərdən birinin ilkin nəzarət məntəqəsində olub.
Komanda məntəqəsində Şoyqu qruplaşma komandiri, general-polkovnik Rüstəm Muradovun və qərargah zabitlərinin mövcud vəziyyət və qoşunların hərəkətləri barədə məruzəsini dinləyib. Pepperoni pizza
Yoxlama zamanı Şoyqu qrup qoşunlarının hərtərəfli təhlükəsizliyinin təşkilinə, o cümlədən şəxsi heyətin təhlükəsiz yerləşdirilməsi şəraitinə, həmçinin, tibb və arxa hissələrin işinə xüsusi diqqət yetirib.
Bundan əlavə, nazir hərbçilərə dövlət mükafatlarını, o cümlədən “Mujestvo” ordeni təqdim edib.
Telegram kanalımız