Şoyqunu tənqid edən “Spartak” ləqəbli general saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Şoyqunu tənqid edən “Spartak” ləqəbli general saxlanıldı

Dünya

14 İyul 2023 13:05 1055


Rusiya Federasiyasının 58-ci Ordusunun komandanı vəzifəsindən uzaqlaşdırılan rus generalı İvan Popovun həyat yoldaşı əri ilə bağlı açıqlama verib. 

Yenisabah.az “Radio Svoboda”ya istinadla xəbər verir ki, Popovun arvadı ərinin onunla qəfildən əlaqə saxladığını bildirib. Qadının sözlərinə görə, ərinə rəhbərlik “zəng edib”, bundan sonra o, “məsələlərini həll etmək” üçün harasa gedib. O vaxtdan bəri əlaqə saxlamayıb. 

Generalın daha əvvəl əsgərlərə səsli mesajla müraciətinə gəlincə, Popovun arvadı izah edib ki, mesaj geniş dairə üçün nəzərdə tutulmayıb. Toyuqlu pizza

Xatırladaq ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi general-mayor Popovu Cənub Hərbi Dairəsinin 58-ci Birləşmiş Ordusunun komandanı vəzifəsindən azad edib. “Spartak” ləqəbli generalın sözlərinə görə, buna səbəb onun orduda və cəbhədəki ən ciddi problemlərdən səmimi danışmasıdır. O, ölkənin müdafiə naziri Sergey Şoyqunu vətənə xəyanətdə ittiham edib və onun “qladiatorlarına” müraciət edib. 

Bu gün səhər isə “Rus Brief” qəzeti general Popovun təcili ezamiyyətə Moskvaya getdiyini bildirib. Səfərin məqsədi naməlum olaraq qalır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!