Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha 2 beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.
"Yeni Sabah" xəbər verir ki, yeni qeydiyyata alınan qurumlar İsveçin “Spotify AB” və Sinqapurun “TikTok Pte. Ltd.” şirkətləridir.
Hər iki şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı oktyabrın 1-dən qüvvəyə minib. Dominos pizza
Qeydiyyata alınmış qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına göstərilən xidmətlərə görə edilən ödənişlər üzrə ƏDV banklar tərəfindən tutulmur. Bu halda ƏDV-ni həmin şirkətlər özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.
Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının siyahısı ilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.
Telegram kanalımız