Süni bahalaşmanın günahkarı kimdir?-Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Süni bahalaşmanın günahkarı kimdir?-Rəsmi açıqlama

İqtisadiyyat

08 Fevral 2019 21:36 1237


Sahibkarlar qanunvericiliyə əməl etməklə öz malları (işləri, xidmətləri) üçün qiymətləri (tarifləri) sərbəst müəyyənləşdirmək hüququna malikdir.

Bu haqda  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən “Yeni Sabah” ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, bu, "Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində əksini tapıb. Pepperoni pizza

“Qanunvericiliklə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənməsinə aid edilməyən malların (işlərin, xidmətlərin), elecə də süd məhsullarının qiymətləri isə bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında mövcud qanunvericiliyin tələblərinə əməl etməklə təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilə bilər.

İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə mal və xidmətlər təklif olunur. İstehlakçı onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı və ya xidməti öz ehtiyacına və zövqünə görə sərbəst seçərək ala bilər”.

Əlavə olaraq bildirilib ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən süni qiymət artımının qarşısını almaq məqsədilə istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır, qiymət artımının sabəbləri araşdırılır. Pozuntu aşkar edildikdə qanunvericiliyə uyğun tədbirlər görülür.

 Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!