Suraxanıda iməcilik keçirilib   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda iməcilik keçirilib - Fotolar

Sosial

08 Fevral 2021 15:48 541


Son 3 gün ərzində Xəzər dənizinin Suraxanı rayon ərazisinə düşən hissəsinin sahilində və Zığ qəsəbəsi, Duzlu göl ətrafında aparılan genişmiqyaslı təmizlik işləri dünən də davam etdirilib. 

Bu barədə Yenisabah.az-a Suraxanı rayon İcra Hakimiyyətindən bildiirblər. Məlumatda qeyd olunub ki, ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının və sanitar təmizliyin təmin edilməsi məqsədilə RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və bələdiyyələrin əməkdaşlarının, ödənişli ictimai işlərə cəlb olunmuş şəxslərin iştirakı ilə keçirilən iməciliyə Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunmuş, ətraf ərazi sağlamlıq üçün zərərli olan müxtəlif məişət, polietilen tullantılardan təmizlənmiş və ərazidən daşınmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!