Suriyada yenə zəlzələ oldu

saytların hazırlanması

Evə çatdırılma

Suriyada yenə zəlzələ oldu

Dünya

05 Mart 2023 13:15 691


Suriyada növbəti zəlzələ hadisəsi baş verib. 

Yenisabah.az Suriyanın rəsmi SANA agentliyinə istinadən xəbər verir ki, yeraltı təkan Palmiranın 56 kilometr şimal-qərbindəki Tedmurda qeydə alınıb. 

Suriya Milli Seysmoloji Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 09:25 radələrində olan zəlzələnin maqnitudası Rixter şkalası ilə 3.8 balla qiymətləndirilib.  Sezar pizza

Zəlzələnin ocağı yerin 16 kilometr dərinliyində yerləşib. İtki və dağıntılar barədə məlumat yoxdur. 

Qeyd edək ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş vilayətində yerləşən zəlzələ Suriyada da hiss edilmiş, böyük dağıntılara və insan tələfatına səbəb olmuşdu. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!