Talıbovlar məşhur “Badamlı” şirkətini itirdi

saytların hazırlanması

Evə çatdırılma

Talıbovlar məşhur “Badamlı” şirkətini itirdi

Sosial

04 İyul 2023 14:04 1654


“Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) satılıb.

Yenisabah.az “APA”ya istinadən xəbər verir ki, şirkət “Mineral Sular” MMC (6 fərdi sahibkar) tərəfindən satın alınıb. Artıq cəmiyyətin yeni icraçı direktorunun adı da məlumdur. Bu vəzifəyə Azad Həsənov təyin edilib.

Qeyd edək ki, “Badamlı Mineral Sular” MMC-nin bundan öncəki rəhbəri Hümbət Qəhrəmanov Naxçıvan Muxtar Respublikasının keçmiş ali sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağıdır və şirkətin S.Talıbova məxsus olduğu bildirilirdi. Sezar pizza

Məlumat üçün deyək ki, “Mineral Sular” MMC-nin üzvlərindən biri Naxçıvanda yerləşən “Ləzzət Qida Sənaye” MMC-nin təsisçilərindən olan Teymur Rzayevdir və hazırda “Sirab” şirkəti də bu quruma daxildir.

Xatırladaq ki, bundan əvvəl Talıbovlar “Gəmiqaya Holdinq”lə bağlı eyni aqibəti yaşayıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!