Tanınmış jurnalist üçüncü dəfə həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış jurnalist üçüncü dəfə həbs olundu

Kriminal

27 Fevral 2025 17:28 616


Bir neçə mətbuat orqanında, eləcə də ANS və İTV-də uzun müddət kriminal sahə üzrə fəaliyyət göstərən Azər İsrafilov yenidən həbs olunub.

Yenisabah.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, jurnalist Xətai Rayon Məhkəməsinin onun barəsində çıxardığı həbs qətimkan tədbiri haqqında qərara görə həbs edilib.

Məlumata görə, Azər İsrafilov barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müvafiq bəndləri ilə cinayət işi açılaraq baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə istintaqı zamanı onun barəsində həbs qətimkan tədbiri seçilməsə də, proseslərin sonuncu mərhələsində o, məhkəmənin çağırışlarına gəlməkdən imtina edərək iclaslarda iştirak etməyib.

Buna görə də onun barəsində həbsli axtarış qərarı çıxarılıb.

Ötən gün jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslərdən birindən reportaj hazırlayarkən polis əməkdaşları tərəfindən saxlanılaraq barəsindəki həbs qərarı icra olunub.

Xatırladaq ki, Azər İsrafilov 2014 və 2017-ci illərdə dələduzluq etdiyinə görə iki dəfə həbsdə olub. O, sonuncu dəfə həbs olunarkən ATV televiziyasının "Xəbərlər departamenti"nin əməkdaşı olub. 2007-2010-cu illərdə ANS-də çalışan jurnalist daha sonra isə İctimai Televiziyanın "Qanundan kənar" verilişinin müxbiri kimi fəaliyyət göstərib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!