Bakıda bu evlər “su qiymətinə” düşdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu evlər “su qiymətinə” düşdü

İqtisadiyyat

04 May 2026 17:52 183


Bu ilin mart-aprel aylarında aramsız yağan yağışlar Bakıətrafı qəsəbələrdə həyət evlərinin qiymətinə ciddi təsir göstərib.

“Yeni Sabah” Metbuat.az-a istinadla bildirir ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə həyət evlərinin qiymətində artım deyil, azalma müşahidə olunur. Evlərin ucuzlaşması ciddi tendensiyadır və qiymət fərqi rəqəmlərdə özunü aşkar şəkildə büruzə verir.

Qeyd edək ki, bu tendensiya ən çox yağış sularından əziyyət çəkən Xırdalan şəhərində, Binəqədi, Keşlə, Ramana, Binə, Zabrat qəsəbələrində və Məhəmmədi kəndində müşahidə edilir. Elan saytlarında təklif olunan qiymətlər ötən ilin müvafiq dovrü ilə müqayisədə ən azı 30 faiz ucuzlaşma baş verdiyini göstərir. 2025-ci ilin avqust-sentyabr aylarında 70 min manata təklif olunan 3 otaqlı həyət evlərini indi 52-55 min manata almaq mümkündür.

Sözügedən ərazilərdə həyət evləri ilə yanaşı, torpağın qiymətində də kəskin azalma qeydə alınıb. Bu isə iki amillə əlaqələndirilir. Əsas səbəb həmin ərazilərdəki boş torpaqların böyük qisminin kənd təsərrüfatı təyinatlı olmasıdır. Müvafiq qanunvericilik kənd təsərrüfatı təyinatlı torpaqlarda yasayış evlərinin tikilməsini qadağan edir. Digər səbəb isə fasiləsiz yağan yağışların satışa çıxarılan boş torpaqlarda kiçik gölməçələr əmələ gətirməsidir. Bu mənzərə müştərilərdə ilkin mənfi rəy formalaşdırdığı üçün alıcılıq qabiliyyəti aşağı düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!