ABŞ Prezidenti Donald Trampın narazılıq reytinqi rekord həddə - 62%-ə çatıb.
"Yeni Sabah" Washington Post- istinadla xəbər verir ki, sorğunu "Ipsos" keçirib.
Trampın 2 prezidentlik müddəti ərzində bu qədər yüksək narazılıq səviyyəsi heç vaxt müşahidə olunmayıb. Amerikalılar liderlərinin İrana qarşı hərəkətlərindən narazıdırlar (66% əleyhinə və 33% lehinə).
Bundan əlavə, respondentlər ölkənin iqtisadi vəziyyətindən xoşhal deyillər. Məsələn, respondentlərin 76%-i yaşayış xərclərinin yüksəkliyindən şikayət edib. Lakin respondentlərin 45%-i prezidentin immiqrasiya siyasəti ilə bağlı işini müsbət qiymətləndirib.
Telegram kanalımız