Təcili yardımın açarı itdi, xəstə öldü   - Qəribə hadisə

saytların hazırlanması

Evə çatdırılma

Təcili yardımın açarı itdi, xəstə öldü - Qəribə hadisə

Dünya

14 May 2026 19:17 136


Türkiyənin Adana şəhərində təcili yardım maşınının açarı itdiyinə görə xəstəxanaya aparıla bilməyən xəstə dünyasını dəyişib. 

"Yeni Sabah" xəbər verir ki, Adananın Yüreğir rayonunda səhər saatlarında baş verən hadisədə ürək tutması keçirmiş xəstəyə yardım etməyə gələn təcili tibbi yardım qrupu problem yaşayıb.

Xəstəyə evdə ilkin müdaxilə göstərildikdən sonra ambulansa yerləşdirilərkən açar itib və əməkdaşlar bunu dərhal fərq etməyib. Açar tapılmadığı üçün ikinci ambulans çağırılıb, lakin xəstə xəstəxanaya çatdırıldıqda həyatını itirib. /Manset.az pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!