Təhlükədə olan şəxsi köməksiz qoyanlar həbs ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Təhlükədə olan şəxsi köməksiz qoyanlar həbs ediləcək

Sosial

30 Sentyabr 2026 22:23 82


Həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan, özünü qorumaq imkanından məhrum şəxsi bilə-bilə köməksiz qoyan şəxslər cəzalandırıla bilər.

Təhlükədə olan şəxsin qayğısına qalmalı olan şəxsin onu köməksiz vəziyyətdə qoyması məsuliyyət yaradır.

Eyni zamanda, şəxsin özü zərərçəkmişi onun həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə salıbsa və sonradan ona kömək etmək imkanı olduğu halda bunu etməyibsə, həmin şəxs də cəzalandırıla bilər. pizza sifarişi

Belə hallarda 1 000 manatdan 1 500 manatadək cərimə tətbiq edilə bilər.

Bundan başqa, təqsirli şəxs bir ilədək müddətə islah işlərinə və ya altı ayadək müddətə azadlıqdan məhrum etməyə məruz qala bilər.

Qeyd olunan məsuliyyət təhlükəli vəziyyətdə olan şəxsin özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olması və ona kömək göstərilməməsi halları ilə bağlıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!