Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Tərtərdə əməliyyat: Narkotik satan da, alan da tutuldu
23 İyl 2021 10:51
642

Tərtərdə əməliyyat: Narkotik satan da, alan da tutuldu

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik və psixtrop vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Mehman Ocaqov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 2 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı o narkotik vasitəni 50 manat pul müqabilində Vüsal adlı şəxsdən aldığını bildirib. Keçirilmiş növbəti tədbirlər zamanı rayonun Düyərli kənd sakini Vüsal Ağayev də saxlanılıb. Onun evinə baxış keçirilən zaman 4 bükümdə heroin və 2 bükümdə psixotrop maddə olan metamfetamin və yaxud “patı” aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirlir.

Tərtərdə əməliyyat: Narkotik satan da, alan da tutuldu
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər