Tıxacda qalan sürücülərə şad xəbər

saytların hazırlanması

Evə çatdırılma

Tıxacda qalan sürücülərə şad xəbər

Maraqlı

16 Sentyabr 2026 12:33 72


Xüsusilə pik saatlarda pik həddə çatan tıxaclar sürücülərin yolculuğunu əsl əziyyətə çevirir. Lakin saatlarla növbədə gözləmək əvəzinə, digər avtomobillərin üstündən keçməyə imkan verən qeyri-adi bir SUV bu problemlə bağlı maraqlı həll yolu təqdim edib.

“Yeni Sabah” xarici mediaya istinadla xəbər verir ki, “Jeep Grand Cherokee” modeli əsasında hazırlanan “Hum Rider” adlı bu avtomobil qarşıdakı maşınların arasından deyil, birbaşa onların üzərindən keçə biləcək şəkildə dizayn olunub.

“Hum Rider”ın en diqqətçəkən özəlliyi korpusu təxminən 2,7 metr yüksəkliyə qaldıran hidravlik asqı sistemidir. Bir düyməyə basmaqla nəqliyyat vasitəsinin alt hissəsindən hidravlik qollar çıxır, təkərlər yana doğru genişlənir və SUV-nin gövdəsi yuxarı qalxır. Normal sürüş rejimində isə hidravlik mexanizm yenidən bağlanaraq avtomobili əvvəlki kompakt halına qaytarır. pizza mizza

Bu sıradan kənar mexanizmin işləməsi üçün nəqliyyat vasitəsinə 90 metrdən çox hidravlik boru quraşdırılıb. Sistem üçün tələb olunan enerjini isə "Honda" markalı benzin generatoru təmin edir. Əlavə olunan qurğular səbəbindən avtomobilin çəkisi iki dəfədən çox artaraq 3 850 kiloqrama çatıb. Çəki artımını qarşılamaq üçün maşın xüsusi yük avtomobili təkərləri ilə təchiz olunub.

Nəqliyyat vasitəsi havaya qalxdıqda sürücünün aşağı hissəni pəncərədən görməsi mümkün olmadığı üçün alt bölməyə 4 ədəd xüsusi kamera yerləşdirilib. Kameralardan gələn görüntülər salondakı ekranlara ötürülür və sürücü digər maşınların üstü ilə hərəkət edərkən ətrafı rahatlıqla izləyə bilir.

Qeyd edək ki, “Hum Rider” seriyalı istehsal üçün deyil, “Verizon” şirkətinin texnoloji xidmətlərini nümayiş etdirmək amacıyla cəmi 1 ədəd hazırlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!