Azərbaycanda bu dövlət qurumları ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu dövlət qurumları ləğv olundu

Sosial

03 Noyabr 2026 15:42 591


Azərbaycanda regional yol infrastrukturu sahəsində fəaliyyət göstərən növbəti Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyətləri (MMC) fəaliyyətlərinə xitam verildiyini və ləğv prosesinə başladıqlarını elan ediblər.

“Yeni Sabah” xəbər verir ki, müvafiq qanunvericiliyə əsasən, kreditorlar öz tələblərini elan dərc edildiyi gündən etibarən 2 ay ərzində qeyd olunan ünvanlara təqdim etməlidirlər.

Ləğv olunan qurumlar sırasına Lənkəran şəhəri, Ləvəngi dairəsi 56 ünvanında yerləşən “48 №-li Yol İstismarı” MMC (VÖEN: 2600027081), Cəlilabad şəhəri, Qurtuluş küçəsi 121 ünvanındakı “46 №-li Yol İstismarı” MMC (VÖEN: 8300053231), Tərtər şəhəri, Heydər Əliyev prospekti 90 ünvanındakı “42 №-li Yol İstismarı” MMC (VÖEN: 7200050121) və Saatlı şəhəri, Azərbaycan Xiyabanı küçəsi 17 ünvanında fəaliyyət göstərən “35 №-li Yol İstismarı” MMC (VÖEN: 6700008181) daxildir. Toyuqlu pizza

Bununla yanaşı, Sabirabad şəhərində yerləşən “34 №-li Yol İstismarı” MMC (VÖEN: 6800018021), Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1-ci döngə 7 ünvanındakı “27 №-li Yol İstismarı” MMC (VÖEN: 3600054501), Şəmkir şəhəri, Dəllər qəsəbəsindəki “25 №-li Yol İstismarı” MMC (VÖEN: 8500045301) və Göygöl şəhəri, Şadlınski küçəsi 65 ünvanında fəaliyyət göstərən “24 №-li Yol İstismarı” MMC (VÖEN: 7600095011) də ləğv olunma prosesinə start verib.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!