Azərbaycan banklarında 24 və 36 aylıq manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri bəlli olub.
“Yeni Sabah” xəbər verir ki, uzunmüddətli əmanətlərdə ən yüksək faiz dərəcəsi Rabitəbank və Bank of Baku tərəfindən təqdim edilir. Belə ki, Rabitəbank həm 24, həm də 36 aylıq depozitlər üzrə müddətin sonunda ödənişlə illik 11.5% faiz təklif edir. Bank of Baku isə 36 aylıq müddətin sonunda ödənilən faizlərdə 11.5% ilə birinci yeri bölüşür.
Aylıq faiz ödənişi tələb edən müştərilər üçün 24 aylıq depozitlərdə ən yüksək dərəcə (10%) Rabitəbank, AFB Bank, Premium Bank, Xalq Bank, Bank Avrasiya və Bank of Baku-da qeydə alınıb. 36 aylıq müddətdə isə aylıq ödəniş üzrə lider 10.25% göstərici ilə Rabitəbankdır. Dominos pizza
Bəzi banklar, o cümlədən Xalq Bank, Bank Avrasiya, Leobank, Yelo Bank və Unibank 36 aylıq manat əmanəti qəbul etmir. Ən aşağı faiz dərəcələri isə PAŞA Bank (8%–8.5%) və Ziraat Bank Azərbaycan (6.5%–7.5%) tərəfindən təklif olunur.
Telegram kanalımız