Prezident İlham Əliyev "Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunu təsdiqləyib.
"Yeni Sabah" xəbər verir ki, sənəddə qeyd olunur:
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır: Toyuqlu pizza
Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189, № 12 (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddə 1, № 2, maddələr 98, 99, № 3, maddələr 217, 221, № 4 (I kitab), maddə 322, № 5, maddə 434, № 6, maddə 538, № 7, maddələr 607, 626, № 11, maddə 1013; 2026, № 1, maddələr 16, 19, № 3, maddə 211, № 5 (I kitab), maddələr 390, 391, 398, № 7 (I kitab), maddələr 613, 619) aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 99-4.1-1-ci maddə əlavə edilsin:
“99-4.1-1. Hüquqi şəxs tərəfindən maliyyə əməliyyatları üzrə nəzarətin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilməməsi nəticəsində bu Məcəllənin 99-4.1.1–99-4.1.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar bu Məcəllənin 214-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdikdə hüquqi şəxsə cinayət-hüquqi tədbirlər cinayətin həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsindən asılı olmayaraq tətbiq edilir.”;
1.2. 99-9-cu maddədə “Hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayət törətmiş şəxs” sözləri “Bu Məcəllənin 99-4.1.1–99-4.1.4-cü maddələrində nəzərdə tutulmuş şəxslər” sözləri ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 1, № 2, maddə 98, № 4 (I kitab), maddə 308, № 6, maddələr 529, 538, № 7, maddə 607, № 8, maddələr 736, 743, № 11, maddə 1011; 2026, № 3, maddə 211, № 4, maddə 294, № 5 (I kitab), maddə 391, № 7 (I kitab), maddələr 603, 604, 613) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 8.0.6-cı maddəyə “üçün” sözündən sonra “, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1-1-ci maddəsində nəzərdə tutulmuş halda” sözləri əlavə edilsin;
2.2. 227-1-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin dindirilməsi bu Məcəllənin 227-ci, 229-cu və 230-cu maddələrində nəzərdə tutulmuş qaydalara uyğun olaraq aparılır.”;
2.3. 487-2.1-ci maddənin birinci cümləsinə “üçün” sözündən sonra “, habelə həmin Məcəllənin 99-4.1-1-ci maddəsində nəzərdə tutulmuş halda belə məqsəd olmadan” sözləri əlavə edilsin;
2.4. 487-4.0.2-ci maddəyə “cinayətin” sözündən əvvəl “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1-1-ci maddəsi nəzərə alınmaqla,” sözləri əlavə edilsin;
2.5. 487-7.4-cü maddəyə “üçün” sözündən sonra “, habelə həmin Məcəllənin 99-4.1-1-ci maddəsində nəzərdə tutulmuş halda belə məqsəd olmadan” sözləri əlavə edilsin.
Telegram kanalımız