Bir mənzili satın aldıqdan sonra əvvəlki sahibinin ödəmədiyi əmlak vergisi və hesablanmış faizlərlə üzləşən şəxslər həmin borcu ödəməli ola bilərlər.
“Yeni Sabah” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu məsələyə aydınlıq gətirib.
Bildirilib ki, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycanın ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin vergitutma obyekti hesab edilir. pizza mizza
Qeyd olunub ki, Vergi Məcəlləsinin 200.4-cü və 200.5-ci maddələrinə uyğun olaraq, bələdiyyələr əmlak vergisinin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq elektron qaydada təqdim etməlidirlər. Cari il üzrə vergi məbləği bərabər hissələrlə avqustun 15-dək və noyabrın 15-dək ödənilməlidir.
Dövlət Vergi Xidmətinin açıqlamasına görə, əmlak vergisi əvvəlki mülkiyyətçi tərəfindən ödənilmədikdə, həmin vergi qanunvericiliklə müəyyən edilmiş ödəmə müddətində əmlakın yeni sahibi tərəfindən ödənilməlidir.
Həmçinin Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü başa çatdıqdan sonra 3 il ərzində vergini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və yenidən hesablamaq hüququna malikdirlər. Hesablanmış məbləğlərin tutulması isə hesabat dövrü başa çatdıqdan sonra 5 il ərzində mümkündür.
Beləliklə, qanunvericiliyə əsasən, əvvəlki mülkiyyətçinin ödəmədiyi əmlak vergisi və ona hesablanmış faizlər müəyyən edilmiş 3 və 5 illik müddətlər nəzərə alınmaqla yeni mülkiyyətçidən də tutula bilər.
Aytac Əliyeva
Telegram kanalımız