Tanınmış prodüsser, teleaparıcı Tarix Əliyev (Tolik) yenidən efirdə atmaca atıb.
Yenisabah.az xəbər verir ki, Tolik aparıcısı olduğu "Hər şey daxil" verilişində son vaxtlar əksər qızların aktrisa və model olduğuna diqqət çəkib:
"Baxırsan ki, 1.50 sm boyu var, küçələrdə gecə həyatı yaşayır, amma gedib ya model, ya da aktrisa olur. Hansısa serialda iki dəqiqəlik epizodik rol veriblər. Səhərisi gün özünə aktrisa deyir. Bu gün hər yerindən duran müğənni olur. Sonra Elnarə Abdullayevanın da statusu müğənni olur, elələrinin də". Telegram kanalımız