Tolik icra hakimiyyətini hədəf aldı:   “Binəqədidə hektarla yer zəbt etmiş harınlamışların...”

saytların hazırlanması

Evə çatdırılma

Tolik icra hakimiyyətini hədəf aldı: “Binəqədidə hektarla yer zəbt etmiş harınlamışların...”

Şou

26 Avqust 2019 12:11 1034


Tanınmış prodüsser, teleaparıcı Tarix Əliyev (Tolik) bu dəfə Binəqədi rayon icra hakimiyyətindən şikayətlənib. 

“Yeni Sabah” xəbər verir ki, icra hakimiyyəti tərəfindən vətəndaşın mənzilinə göndərilən polislərin onlarla kobud rəftar etməsi prodüsseri hiddətləndirib.

O, görüntüləri sosial şəbəkədə paylaşaraq, polislərin ünvanına sərt sözlər ünvanlayıb: Dominos pizza

“Bu "Qaqaş" kimdi belə vətəndaşa deyir ki, “telefonu çək kənara” və hədə-qorxu gəlir?!  Bu "Qaqaş" hansı məmur dayısına güvənir hə? Binəqədi rayon icra hakimiyyəti bir kasıbın tikdiyi nərdivanı sökməyə bu qədər adam göndərib?  Bəlkə, Binəqədidə hektarla yer zəbt etmiş harınlamışların evlərinin kənarına baxsın!  Cənab Daxili İşlər naziri dünən açıqlamasında deyib: “Vətəndaşlarla yaxşı davranın!!!”  Sən kimə güvənib belə danışırsan?!  İndi çıx ortalığa cavab ver! Bunlar “SOCAR”ın işçiləridir. Bunlar nə haqla vətəndaşa “sök” deyir?! İndi bu qoçuların adamı gəlsin mənə desin ki, “sil bu videonu”.  Belələri işdən çıxmalıdır!”

 Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!