“Tom və Cerri”dəki bu səhnə ürək parçalayır 

saytların hazırlanması

Evə çatdırılma

“Tom və Cerri”dəki bu səhnə ürək parçalayır 

Sosial

04 Fevral 2023 10:19 1858


Uşaqlıqda çoxumuzun sevimli cizgi filmlərindən biri olan “Tom və Cerri” unudulmaz səhnələri ilə az qala beynimizə həkk olunub. Uşaq kanallarının, animasiyalarının olmadığı o günlərdə səhər saatlarında ekrana gələn cizgi filmi qəhrəmanları uşaqlığımızın ən gözəl anlarından biridir.

Hər səhnəsinin özünəməxsus yeri olan bu məşhur cizgi filmi haqqında mətbuatda hər gün yeni məlumatlarla rastlaşırıq.

Yenisabah.az xəbər verir ki, uşaq vaxtı demək olar ki, hamımızın izlədiyi bir səhnə illər sonra ürəyinizi parçalayacaq. Dördpendirli pizza

Gözümüzü çəkmədən hər səhnəsinə baxdığımız cizgi filmindəki bəzi səhnələr gerçəkləri insanların üzünə vurur.  “Tom və Cerri” cizgi filmindəki pişiklərlə bağlı səhnə də onlardan biridir. Sözügedən bölüm insanların qəddarlığını işıqlandırır.

Belə ki, həmin fraqmentdə "Pişik Cənnəti"nə gedən pişikləri görürük. Birinci pişik başından vurularaq öldürülür, ikinci pişik əzilərək öldürülür, sonuncu bala pişiklər isə torbaya qoyulub dənizə atılaraq boğularaq öldürülür. İzləyicilər cizgi filmində bu cür həqiqəti uşaqlara izlətməyin ürək ağrıdıcı olduğu qənaətindədirlər.

Qeyd edək ki, uşaqların nəsillər boyu izlədiyi cizgi filmi olan “Tom və Cerri” 1940-cı ildə Uilyam Hanna və Cozef Barbera tərəfindən çəkilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!