“Toylara borc götürüb gedirəm” - Rəşid Mahmudov

saytların hazırlanması

Evə çatdırılma

“Toylara borc götürüb gedirəm” - Rəşid Mahmudov

Sosial

14 Avqust 2023 20:37 1218


“Xaricə heç vaxt getməmişəm və buna imkanım yoxdur”. 

Yenisabah.az xəbər evrir ki, bu sözləri Bizim.media-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov həkimlərin müalicə üçün xaricə üz tutması məsələsindən danışarkən qeyd edib. 

Onun sözlərinə görə, ümumiyyətlə xaricdə olmayıb:  pizza sifarişi

“Maaşla dolanan adamam və məvacibim yalnız dolanmağa yetir. Xaricə getməyə imkanım yoxdur. Toylara belə çox vaxt borc götürüb gedirəm”, - deyə R.Mahmudov gileylənib. 

Qeyd edək ki, son vaxtlar həkimlərimiz nəinki vakansiya üçün, hətta öz səhhətlərində yaranmış narahatlıqları üçün də xaricə axın edirlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!