Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan etdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan etdi

Dünya

21 Fevral 2026 22:30 626


ABŞ Prezidenti Donald Tramp şəhər kanalizasiyasından Potomak çayına tullantı sularının axması səbəbindən ölkənin paytaxtında fövqəladə vəziyyət rejiminin tətbiqini təsdiqləyib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Bu, quruma yerli hakimiyyət orqanlarının fövqəladə vəziyyətin nəticələrinə qarşı bütün tədbirlərinin əlaqələndirilməsi, həmçinin yerli əhaliyə yardım göstərilməsi səlahiyyətləri verir. pizza sifarişi

Yanvarın ortalarında Merilend ştatında kanalizasiya borularının partlaması nəticəsində Potomak çayına 886 min kub metr tullantı suları axıb. Hadisə yerindən aşağı axında Vaşinqtonun hazırda bağlı olan su götürmə qurğuları yerləşir.

Fevralda ABŞ administrasiyasının rəhbəri Merilenddə genişmiqyaslı ekoloji fəlakət baş verdiyini deyərək ştat rəhbərliyini bacarıqsızlıqda ittiham edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!