Türk Şurasına üzv dövlətlər arasında təcrübə mübadiləsi keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Türk Şurasına üzv dövlətlər arasında təcrübə mübadiləsi keçirilib

Siyasət

08 Fevral 2019 21:42 1104


Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ – Türk Şurası) üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumlar arasında təcrübə mübadiləsi proqramının açılışı olub.

"Yeni Sabah"  xəbər verir ki, toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK), Türkiyə, Qazaxıstan, Qırğızıstanın müvafiq qurumlarının təmsilçiləri, həmin ölkələrin Azərbaycndakı səfirləri və digər qonaqlar iştirak edib.

TDƏŞ Baş katibinin müavini Ömər Kocaman qonaqları salamlayaraq bugünkü görüşün türkdilli dövlətlərin diasporla iş shəsində mövcud təcrübəsinin öyrənilməsi və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsindəki əhəmiyyətini vurğulayıb. pizza

Daha sonra DİDK sədri Fuad Muradov açılış nitqi ilə çıxış edib. Qonaqları salamlayan Dövlət Komitəsinin sədri uzun illərdir mövcud olan Türk dünyasının birliyi ideyasından danışıb, bu istiqamətdə Atatürkün və ulu öndər Heydər Əliyevin xidmətlərini vurğulayıb. F. Muradov Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda türk dövlətləri və cəmiyyətləri rəhbərlərinin qurultayının, eləcə də digər önəmli tədbirlərin keçirildiyini, bu istiqamətdə əhəmiyyətli qərarlar qəbul edildiyini xatırladıb. Türk Şurasına üzv ölkələrin diaspor sahəsində ortaq fəaliyyət planının tərkib hissəsi olan bugünkü tədbirin də ortaq maraq doğuran məsələlərdə əməkdaşlığın daha da gücləndirilməsinə, türkdilli diaspor şəbəkəsinin formalaşmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. 

Tədbirdə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin sədr müavini Abdulhadi Turus, Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozaral, Qazaxıstanın İctimai İnkişaf Nazirliyinin İctimai Saziş Komitəsinin Etnoslararası Razılıq və Diasporlarla Qarşılıqlı əlaqələr idarəsinin rəisi Meiram İmanbayev, Qırğızıstanın Rusiya Federasiyasındakı Səfirliyində Qırğızıstan Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Qaliyeva Jarkinay və başqaları çıxış ediblər. 

Daha sonra o, DİDK-nın fəaliyyəti, xüsusi ilə  son dövlərdə görülən işlərdən danışıb, bu istiqamətdə TDƏŞ-ə üzv ölkələrin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini qeyd edib. Dövlət Komitəsinin rəhbəri eyni zamanda, birgə tədbirlərin əhəmiyyətini vurğulayaraq, Xocalı soyqırımının növbəti ildönümünün yaxınlaşdığını xatırladıb. Qeyd edib ki, hər il soyqırımı qurbanları bütün dünyada, xüsusilə də türkdilli ölkələrdə anılır. Gələcəkdə belə tədbirləri birgə təşkil etməyin səmərəli olacağını bildirib.

Tədbir TDƏŞ nəzdində diasporla iş üzrə Təmas Qrupunun 5-ci İclası ilə davam edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!