Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Türkiyə Prezidenti Şuşadan Ermənistana çağırış etdi
15 İyn 2021 18:28
934

Türkiyə Prezidenti Şuşadan Ermənistana çağırış etdi

“Atəşkəs anlaşmasından sonra bütün tərəflər arasında yeni əməkdaşlıq imkanları yaranıb. Azərbaycanlı qardaşlarımızın bu məsələdəki səmimiyyətlərinə yaxından şahidik. Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistan ona uzadılan bu xoş niyyət və həmrəylik əlini tutmalı, ortaq gələcəyi birlikdə qurmaq fürsətindən yaxşı istifadə etməlidir.

““3+3” əməkdaşlıq platformasını irəli sürdük. “3+3” platformasında Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın iştirakı nəzərdə tutulur. Bu platforma ilə birlikdə bölgənin sülh içərisində yaşamasını istəyirik. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Hörmətli Vladimir Putin də bu cür fədakarlığa hazırdır. Bu məsələdə atılacaq addımlarla bölgədə sülh bərqərar olunacaq. Bu tarixi fürsətin gerçək olmayan həvəslər, çıxışlar və əməllərlə qaçırılmaması ən böyük diləyimizdir. Bölgədə yeni vəziyyətə fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən vaz keçərək sülh və əməkdaşlığı təşviq etməsi şərtdir. Belə bir iqlim formalaşdıqda Ermənistanla əlaqələrin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə söyləyirik. Bu ümidverici prosesin Azərbaycanla Ermənistanın imzaladıqları atəşkəs bəyanatını əhatəli bir sülh anlaşması ilə taclandıracağı halda çox daha sağlıqlı davam edəcəyinə inanırıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb./APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər