Türkiyə səfirindən Azərbaycana təşəkkür

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə səfirindən Azərbaycana təşəkkür

Siyasət

02 Dekabr 2023 00:16 746


Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı Azərbaycana təşəkkür edib.

Yenisabah.az xəbər verir ki, səfir bu barədə “X” sosial media platformasında yazıb.

“Ölkəmizdə baş verən dağıdıcı zəlzələ ilə əlaqədər kədərimizi öz kədəri bilən, bizimlə tək ürək olan qardaş Azərbaycana növbəti dəfə təşəkkür edirik. Bu gün Diaspora Dəstək Fondunun təşəbbüsü ilə, “qardaşlarımız üşüməsin” prinsipi ilə hazırlanmış üçüncü yardımı Kahmaramanmaraşa yola saldıq. Komitə rəhbəri Fuad Muradova və komandasına təşəkkür edirik”, - deyə səfir bildirib.

Səfir qeyd edib ki, biz birlikdə güclüyük: “Yaralarımızı birlikdə sarımağa davam edəcəyik”.

Xatırladaq ki, bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu havaların soyuması ilə əlaqədar bu ilin fevralında Türkiyə Cümhuriyyətində baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Kahramanmaraş bölgəsinə quru yolu ilə humanitar yardım göndərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!