Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxdu
20 Sen 2020 00:20
590

Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxdu

Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Məlumata görə, sentyabrın 17-də keçirilmiş rutin koronavirus testləri zamanı 4 baş hakim və 2 yan hakimin nəticəsi müsbət çıxıb.

Onların hər hansı bir simptomu olmasa da, 14 gün müddətinə karantinə alınıb.

Qeyd edək ki, bu günədək Türkiyədə 299 mindən çox şəxs koronavirusa yoluxub, 7 377 nəfər ölüb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər