Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Türkiyədə azərbaycanlı qadın öldürüldü
19 Sen 2021 10:20
677

Türkiyədə azərbaycanlı qadın öldürüldü

Türkiyədə Azərbaycan əsilli Təranə Yaman adlı qadın ov tüfəngi ilə öldürülüb.

Yenisabah.az "DHA"ya istinadla xəbər verir ki, 45 yaşlı qadın ailəvi dostlarının evində ölmüş vəziyyətdə tapılıb.

Hadisə Türkiyənin Nevşehir vilayətinin Avanos qəsəbəsində qeydə alınıb. Təranə Yamanın iki uşaq anası olduğu bildirilir. O, dünən hadisənin baş verdiyi Avanosa gedib. Orada ailəvi dostu Duran A. ilə görüşüb.

Sonradan Duran A. da yoxa çıxıb. Onun Kayseridə qatar vurması nəticəsində öldüyü məlum olub.

Hər iki hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırma aparılır. (modern.az)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər