Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələyə görə transfer pəncərəsinin müddətinin növbəti dəfə uzadılması qərara alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
Federasiyanın bir neçə gün öncə transfer pəncərəsinin martın 5-nə qədər uzadılması ilə bağlı müraciətinə FİFA müsbət cavab verib. pizza mizza
Xatırladaq ki, Türkiyədə qış transfer pəncərəsi fevralın 8-də bağlanmalı idi. Lakin TFF məhz ölkə ərazisindəki təbii fəlakətlə əlaqədar olaraq FİFA-ya müraciət etmiş və bu müddət daha 10 gün artırılmışdı.
Telegram kanalımız