TV aparıcısı “köhnə qonşusu“nu necə tapdı...

saytların hazırlanması

Evə çatdırılma

TV aparıcısı “köhnə qonşusu“nu necə tapdı...

Şou

14 May 2023 12:43 941


Aparıcı Hüsniyə Məhərrəmova "Instagram"ın "Hekayə" bölməsində paylaşım edib.

Yenisabah.az xəbər verir ki, o, bir qadınla bağlı başına gələn hadisə barədə yazıb:

“Tədbirdəyəm. 2 minə yaxın xanım iştirak edir. Çox qorxulu görüntüdür. Elə bil sunami ayağa qalxıb, makiyaj edib tədbirə gəlib. Bir xanım da yaxınlaşıb. Haradasa 55 yaşı olar. Deyir ki,  babanızla qonşuyam: “Atanızla bir yerdə böyümüşük. Şirbala əmi ilə bizim ailəmiz çox yaxın olub. Siz balaca olanda, Siyəzənə gələndə həmişə sizi görərdik. Fəxr edirəm ki, Siyəzəndən belə bir adam çıxıb. Həmişə sizi televizorda görəndə deyirəm ki, bu qız siyəzənlidir, qapı qonşumuz olub. Gəl, şəkil çəkdirək”. Çəkdirdik.  Dominos pizza

Daha demədim ki, mən Siyəzənin yolunu tanımıram. Heç vaxt orada olmamışam. Onun dediyi adları həyatımda ilk dəfədir eşidirəm. Babamın biri qəbələli, digəri şamaxılı olub! İkisi də çoxdan rəhmətə gedib. Elə özüm də demək olar babamın yaşındayam… Amma ürəyini qırmadım. Siyəzənli qonşularımıza ailəmiz adından salam göndərib xoşbəxt ayrıldıq!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!