UEFA danışılmış oyunlara görə 2 erməni hakimi cəzalandırıb

saytların hazırlanması

Evə çatdırılma

UEFA danışılmış oyunlara görə 2 erməni hakimi cəzalandırıb

İdman

13 Fevral 2019 20:24 951


UEFA son 10 il üçün danışılmış oyunlarla bağlı mühüm cəza tədbirlərinin siyahısını yeniləyib.

Qurumun rəsmi saytında yer alan cədvəldə 9 klubun və 12 şəxsin adı var. Klublardan 4-ü Türkiyə təmsilçiləridir. Söhbət “Fənərbağça”, “Beşiktaş”, “Eskişehirspor” və “Sivasspor”dan gedir. Qitə futbol qurumu həmçinin “Pobeda” (Makedoniya), “Olimpiakos” (Yunanıstan), “Siqma” (Çexiya), “Metallist” (Ukrayna) və “Skenderbeu”nu (Albaniya) anoloji səbəbdən cəzalandırıb.

Danışılmış oyunlara görə diskvalifikasiya məruz qalan şəxslərdən 6-sı futbolçu, 3-ü referi, 2-si yan xətt hakimi, 1-i isə futbol məktəbinin əməkdaşıdır. Onların arasında ömürlük diskvalifikasiya ilə üzləşən iki nəfər Ermənistan hakimi də var. pizza

Referi Andranik Arsenyan və köməkçisi Ovannes Avaqyan 2013/2014 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində “İnter” (Finlandiya) – “Vikinqur” (Farer adaları) oyununda 2 absurd penalti təyin etməklə diqqət mərkəzinə düşüblər. Qonaqların futbolçusu Hanus Yakobsen 78-ci dəqiqədə penaltini dəqiq yerinə yetirsə də, meydan sahiblərindən Pim Bouman 80-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

İlk görüşdə qolsuz heç-heçə qeydə alındığından “Vikinqur” səfər qələbəsi sayəsində növbəti mərhələyə adlayıb. Aparılan araşdırmalardan sonra erməni hakimlərin oyuna pul qoyuluşu etdikəri müəyyənləşib və hər ikisi günahını boynuna alıb.

Qeyd edək ki, İdman Arbitraj Məhkəməsi apellyasiya verilən işlərdən yalnız birində UEFA-nın qərarını dəyişib. Kevin Sammut Ömürlük diskvalifikasiyası 10 illik cəza ilə əvəzlənib.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!