UEFA reytinq cədvəlini açıqladı
23 Avq 2019 10:38
147

UEFA reytinq cədvəlini açıqladı

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA yeni reytinq cədvəlini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, ölkə təmsilçimiz  "Qarabağ" səfərdə "Linfild"ə 2:3 hesabı ilə uduzduğu üçün Azərbaycan xal qazanmayıb. 26-cı yerdə qərarlaşan ölkəmizin son 5 mövsümdəki xalları 17.500-dür.

Azərbaycanın ən yaxın izləyicisi isə dəyişib. Bundan əvvəlki reytinqdə ölkəmizdən 1 pillə irəlidə olan Qazaxıstan "Astana"nın qələbəsindən sonra xallarını 18.750-ə yüksəldib və Belarusu (18.625) geridə qoyaraq 24-cü pilləyə yüksəlib.

Oxşar xəbərlər