Ukrayna ordusunun keçmiş baş komandanına yeni vəzifə veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusunun keçmiş baş komandanına yeni vəzifə veriləcək

Dünya

07 Mart 2024 22:57 585


Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının Britaniyadakı səfir vəzifəsinə namizədliyi təsdiqlənib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, 2024-cü il martın 7-də cümə axşamı Ukrayna Prezidenti Volodimir Zelenski Valeri Zalujnının Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyini razılaşdırıb. Sezar pizza

Ukrayna Xarici İşlər Nazirliyi Britaniya tərəfinə məsələ ilə bağlı müvafiq sorğu göndərib.

Xatırladaq ki, Ukraynada müharibə başlayandan bəri orduya rəhbərlik etmiş Zalujnı fevralın 8-də istefa verib. Onun yerinə Quru Qoşunlarının komandanı Aleksandr Sırski təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!